çərşənbə 13 may 2026 - 17:26
Vatikanın ən yüksək diplomatik ordeni İranın Vatikandakı səfirinə təqdim olundu

Hövzə / Papa XIV Leon Vatikanın ən ali fəxri diplomatik nişanını İran İslam Respublikasının müqəddəs taxt-tacdakı səfiri doktor Məhəmmədhüseyn Muxtariyə təqdim edib.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, “Ordine Piano” adlı papalıq nişanı 1847-ci ildə Papa IX Piy tərəfindən təsis edilmiş Müqəddəs taxt-tacın fəxri ordenidir. Bu nişan Vatikanın ən yüksək cəngavərlik ordenlərindən hesab olunur və adətən diplomatik münasibətlərin gücləndirilməsi, sülh və dialoqa xidmət sahəsində rol oynayan səfirlərə və görkəmli şəxsiyyətlərə təqdim edilir.

Bu nişanın İran səfirinə təqdim olunması, Papa XIV Leonun son dövrlərdə ABŞ və sionist rejimin İrana qarşı təcavüzlərini pisləyən haqqlı mövqeyi ilə eyni vaxta təsadüf edir. Bu mövqenin formalaşmasında İran İslam Respublikasının Vatikandakı səfirliyinin sülh, ədalət və müharibə siyasətinə qarşı mesajlarının izahı istiqamətindəki fəaliyyətlərinin də təsirsiz olmadığı bildirilir.

Vatikanın ən yüksək diplomatik ordeni İranın Vatikandakı səfirinə təqdim olundu

Vatikanın ən yüksək diplomatik ordeni İranın Vatikandakı səfirinə təqdim olundu

Vatikanın ən yüksək diplomatik ordeni İranın Vatikandakı səfirinə təqdim olundu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha